Milyonçu qardaşların biri həbsdən azad edildi

Milyonçu qardaşların biri həbsdən azad edildi

Hazırda oxunan: Milyonçu qardaşların biri həbsdən azad edildi

636093

Polisin kibercinayətkarlığa qarşı keçirdiyi ən böyük əməliyyatların birində həbs edilən Bahadır Qasımov ev dustaqlığına buraxılıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən, Bakı Ağır Cinayətlər Məhkəməsi belə qərar qəbul edib.

Bahadır Qasımovun vəkilləri bir müddətdir ağır xəstəlikdən əziyyət çəkən müvəkkillərinin həbsdən azad edilməsinə çalışırdılar. Müdafiəçilərin budəfəki vəsatəti qəbul edilib.

Hakim Səbinə Məmmədzadə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə qərar çıxarıb. Bahadır Qasımov məhkəmə zalında həbsdən azad olunub.
 

Qeyd edək ki, 2 il əvvəl Bahadır Qasımov, qardaşı İkram Qasımov, əmisi oğlu Fərhad Quliyev və dəstənin digər üzvləri Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən böyük əməliyyat nəticəsində həbs edilmişdi.


Başçısı Bahadır Qasımov olan dəstə xarici ölkədən Azərbaycana və Azərbaycandan xaricə qanunsuz pul vəsaitləri köçürməkdə ittiham olunur. İlkin istintaqla müəyyən edilib ki, Yasamal rayonunda “Bahadırın bankı” kimi tanınan şirkət xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürüb. Bu vəsaitin 2 milyon 500 min manatı isə xidməthaqqı kimi onlarda qalıb.

Cinayət işi üzrə bu günə qədər görünməmiş məbləğdə - 1 milyard manata yaxın əmlak üzərinə həbs qoyulub.

Həmin əmlaka yüzlərlə lüks avtomobil, ölkənin müxtəlif yerlərində yerləşən villalar və qayıqlar daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO