Bu meyvə yalnız Türkiyədə yetişir – FOTO

Bu meyvə yalnız Türkiyədə yetişir – FOTO

Hazırda oxunan: Bu meyvə yalnız Türkiyədə yetişir – FOTO
636039
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Çanaqqala vilayətinin Bayramiç rayonunda yetişdirilən xüsusi bir meyvə yüksək gəliri ilə diqqət çəkir. Dünyada yalnız bu bölgəyə xas olan “Bayramiç Beyazı” adlı ağ nektarin həm dadı, həm də yüksək bazar dəyəri ilə fermerlərə ciddi qazanc gətirir.

Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, Kazdağlarının ətəklərində yetişdirilən bu meyvə bölgənin özünəməxsus mikroiqliminin təsiri ilə formalaşıb. Tüksüz quruluşu, ağ və çəhrayı rəngi, özünəməxsus ətri ilə seçilən “Bayramiç Beyazı” ənənəvi meyvələrlə müqayisədə istehsalçıya daha çox gəlir qazandırır.
 

Kazdağlarının zəngin su ehtiyatları və əlverişli iqlimi meyvənin keyfiyyətinə müsbət təsir göstərir. Buna görə də məhsul bölgədə “yaşıl qızıl” adlandırılır. Son illərdə yüksək tələbat səbəbindən onun əkin sahələri də genişlənir.


“Bayramiç Beyazı” Türkiyənin Avropa İttifaqında coğrafi işarə ilə qorunan məhsullarından biridir. Məhsula xarici ölkələrdə də böyük maraq göstərilir.

Yığım dövründə nektarinlərin bir hissəsi birbaşa Avropa bazarlarına göndərilir və bu, bölgəyə həm gəlir, həm də əlavə məşğulluq imkanları qazandırır. (Metbuat.az)

Bu meyvə yalnız Türkiyədə yetişir – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO