Nanə çayını gecə içmək zərərlidir, yoxsa faydalı?

Nanə çayını gecə içmək zərərlidir, yoxsa faydalı?

Hazırda oxunan: Nanə çayını gecə içmək zərərlidir, yoxsa faydalı?

636052

Nanə çayı yaxşı sakitləşdirir və düşüncələri nizamlamağa kömək edir. Bir çox insan gecə bu içkini içməyə o qədər öyrəşib ki, bir fincan ətirli çay olmadan yata bilmir. Digər qida məhsullarında olduğu kimi, nanədən də düzgün istifadə etmək lazımdır. 

Bizim.Media xəbər verir ki, mütəxəssislər nanə çayının yatmazdan əvvəl içilib-içilməyəcəyini, həqiqətən rahatladıb-rahatlatmadığını və arterial təzyiqə necə təsir etdiyini araşdırıblar.

Nanə çayını gecə içmək olarmı?

“Verywell Health” tibb nəşri nanə çayının insanın özünü necə hiss etməsinə təsiri barədə məlumat yayıb.
 

Ekspertlərin sözlərinə görə, bu içkinin sakitləşdirici təsiri alimlər tərəfindən araşdırılıb, lakin bununla bağlı məlumatlar hələlik məhduddur. Bir araşdırma göstərib ki, nanə mərkəzi sinir sistemi və mədə-bağırsaq traktına ağrıkəsici təsir göstərə bilər. Bununla belə, sınaqlar əsasən heyvanlar üzərində aparılıb.


Nanə çayının qəbulu digər axşam ritualları kimi sakitləşdirici təsir göstərə bilər. Bu cür vərdişlər müntəzəm şəkildə təkrarlanarsa, orqanizmə günün başa çatdığını və yuxuya hazırlaşmaq vaxtının gəldiyini bildirən siqnal verir.

Bir çox insan nanədən bir növ “xalq yuxu dərmanı” kimi istifadə edir. Lakin onun yuxuya təsiri ilə bağlı real tədqiqatların sayı çox deyil. Bununla belə, bir araşdırma göstərib ki, bir həftə ərzində gecələr üç damcı nanə yağının tənəffüs yolu ilə qəbul edilməsi insanların daha yaxşı yatmasına kömək edib.

Belə içki yuxunun keyfiyyətini birbaşa deyil, orqanizmə ümumi müsbət təsiri sayəsində yaxşılaşdıra bilər. Məsələn, mentol qarında spazmların, köpün və həzmsizliyin qarşısını ala bilər. Bu simptomlar isə rahat yuxuya getməyə mane olur.

Başqa bir araşdırmada nanə qoxusunun tənəffüsün yaxşılaşması ilə əlaqəli olduğu müəyyən edilib. Bu isə belə içkidən sonra yuxu zamanı nəfəs almağın daha asan ola biləcəyi anlamına gəlir.
 

Gecə nanə çayı içmək üçün digər səbəb isə mentolun stress zamanı faydalı təsiridir. Nanə fiziki gərginliyi azaltmağa kömək edir.


Nanə çayının təzyiqə necə təsir göstərməsi ilə bağlı məlumatlar ziddiyyətlidir. Lakin bir araşdırmada belə içkinin uzunmüddətli perspektivdə arterial təzyiqi aşağı sala və hipertoniya xəstələri üçün faydalı ola biləcəyi ehtimal edilib.

Niyə bəzi insanlar gecə nanə çayı içməməlidir?

Bu içki ümumilikdə faydalı və rahatlaşdırıcı hesab edilsə də, hər kəs üçün uyğun deyil. Nanə çayından imtina etməyin əsas səbəbi bu məhsula əks göstərişlərin olmasıdır.

İlk növbədə, reflüks xəstəliyi və ya tez-tez mədə yanması yaşayan insanlara nanə qəbul etmək tövsiyə edilmir. Tərkibindəki mentol bu simptomları gücləndirə bilər.
 

Böyrək daşları və qida borusu yırtığı olan insanlar, eləcə də hamilə qadınlar nanə çayını ehtiyatla içməlidirlər.


Həkimlər həmçinin yatmazdan dərhal əvvəl nanə çayı və digər içkilərin qəbulunu məsləhət görmürlər. Əks halda, gecə sidiyə getmək ehtiyacı səbəbindən oyanmaq riski yarana bilər. Bütün mayeləri yatmazdan ən azı 1,5 saat əvvəl qəbul etmək daha məqsədəuyğundur. (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO