Dənizə gedənlər üçün ÇİMƏRLİK HAVASI: Bu saatlarda getməyin!
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Bizim.Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəsmi saytında dərc olunan məlumata görə, iyulun 23-də cənub-şərq küləyi əsəcək.
“Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 26-27 dərəcə isti olacaq”, - məlumatda qeyd olunub.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 23-də ölkə ərazisində havanın temperaturu 39 dərəcəyədək yüksələcək.
Həftəsonu isə Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38, bəzi əraz...