Onların nəşi Azərbaycana gətirildi – ÖZƏL
Azov dənizində dron hücumu nəticəsində həlak olan azərbaycanlı dənizçilər – Qismət Əliyev və Fuad Orucovun cənazələri artıq Qusar rayonunda yerləşən Samur sərhəd-keçid məntəqəsindən keçərək Azərbaycana gətirilib.
MÖVZU İLƏ BAĞLI:
Azovda həyatını itirən kapitanın dəfn mərasiminin VAXTI AÇIQLANDI – ÖZƏL
Bizim.Media-nın əldə etdiyi məlumata görə, cənazələri daşıyan xüsusi təyinatlı avtomobil hazırda Bakı istiqamətində hərəkət edir.
Məlumatı Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu Bizim.Media-ya təsdiqləyib. O bildirib ki, mərhum Fuad Orucovun nəşi Bakıda müvafiq tibbi ekspertiza prosedurlarından keçirildikdən sonra ai...