Ukraynadan hərbi sənayedə böyük sıçrayış: "Patriot"un yerli və ucuz analoqu yaradıldı

Ukraynadan hərbi sənayedə böyük sıçrayış: "Patriot"un yerli və ucuz analoqu yaradıldı

Hazırda oxunan: Ukraynadan hərbi sənayedə böyük sıçrayış: "Patriot"un yerli və ucuz analoqu yaradıldı
618414
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynanın "Fire Point" hərbi şirkəti ballistik raketləri və strateji dronları havada məhv etmək üçün nəzərdə tutulmuş yerli "FP-7.x" raketinin ilk uçuş sınaqlarını uğurla başa vurub.

Bizim.Media xəbər verir ki, bu barədə şirkətin rəsmi hesabatında məlumat verilib.

Hərbi ekspertlər bu layihəni Ukrayna kəşfiyyatı və mühəndisliyinin ABŞ-ın məşhur "Patriot" HHM sistemlərinə qarşı yaratdığı ən ciddi alternativ hesab edirlər. Çünki layihə həm də çox güclü iqtisadi effektivliyə malikdir.
 

Tərtibatçıların sözlərinə görə, Almaniyanın "Diehl Defence" şirkətindən infraqırmızı özütuşlayan başlıqların (GOS) alınması barədə razılıq əldə olunarsa, "FP-7.x" raketi Qərbin "Patriot" və "SAMP-T" kimi bahalı sistemlərini tamamilə əvəzləyə biləcək kütləvi və ucuz silaha çevriləcək.


Şirkət rəhbərliyi yeni raketlərin konveyer xətti ilə kütləvi istehsalına artıq bu ilin avqust ayında başlamağı planlaşdırır. İlk hazır məhsulların isə 2027-ci ilin əvvəllərində Ukrayna Silahlı Qüvvələrinin arsenalına daxil olacağı və hava məkanının müdafiəsinə cəlb ediləcəyi gözlənilir.

Xatırladaq ki, ABŞ "Patriot"unun (PAC-3) bir ədədinin qiyməti təxminən 3,8 milyon dollar, Ukraynanın "FP-7.x" raketinin qiyməti isə 700 min dollardır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO