Narkotikin təsiri altında olan sürücü və sərnişin saxlanıldı - VİDEO

Narkotikin təsiri altında olan sürücü və sərnişin saxlanıldı - VİDEO

Hazırda oxunan: Narkotikin təsiri altında olan sürücü və sərnişin saxlanıldı - VİDEO
618407
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndi ərazisindən keçən hissəsində "Hyundai" markalı avtomobilin sürücüsü Əjdər Şıxməmmədov Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.

"Bununla yanaşı, avtomobildə gedən sərnişinlərdən birindən narkotik vasitələr aşkar edilib. Hər iki şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb. Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir, bu, eləcə də digər qanunsuz hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir", - deyə məlumatda vurğulanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO