Rusiya hərbi sənayesinə strateji zərbə: Silah zavodu darmadağın edildi – VİDEO

Rusiya hərbi sənayesinə strateji zərbə: Silah zavodu darmadağın edildi – VİDEO

Hazırda oxunan: Rusiya hərbi sənayesinə strateji zərbə: Silah zavodu darmadağın edildi – VİDEO
618374
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyunun 10-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi-sənaye kompleksinin ən kritik müəssisələrindən birinə dağıdıcı zərbə endirib. Rusiya sərhədindən təxminən 1500 kilometr uzaqlıqda yerləşən Çuvaşıstan Respublikasının paytaxtı Çeboksarı şəhərində güclü partlayışlar baş verib və şəhərin üzərini qatı qara tüstü bürüyüb.

Bizim.Media xəbər verir ki, hərbi analitiklərin və yerli mənbələrin məlumatına görə, strateji hücum Ukrayna istehsalı olan yeni "FP-5 Flamingo" ("Flaminqo") qanadlı raketləri vasitəsilə həyata keçirilib. Zərbənin əsas hədəfi Rusiya Ordusunu və pilotsuz uçuş aparatlarını (PUA) elektronika ilə təmin edən məşhur "VNİİR-PROQRESS" ASC-nin zavodu olub.
 

Zərbənin Rusiya ordusu üçün fəsadları olduqca ağırdır. Belə ki, bu müəssisə Ukrayna radioelektron mübarizə (REB) sistemlərinin maneələrinə qarşı davamlı olan naviqasiya avadanlıqlarının istehsalı üzrə ixtisaslaşıb. Zavodun ən mühüm məhsulu Rusiya ordusunun "gözü" sayılan "Kometa" seriyalı naviqasiya antenləridir.


Bu cihaz Ukrayna REB sistemlərinin rus dronlarını və raketlərini "kor etmək", koordinatlarını itirmək üçün yaydığı maneələri tanıyır və onları bloklayır. Kiçik ölçüləri sayəsində bu antenlər Ukraynanı vuran "Shahed" (Geran) zərbə dronlarına, "Orlan" kəşfiyyat aparatlarına, "Iskander-M" taktiki raketlərinə, qanadlı raketlərə və idarəolunan aviasiya bombalarına (UMPK) quraşdırılır.

"VNİİR-PROQRESS" zavodunun sıradan çıxarılması Rusiya ordusunun yaxın gələcəkdə yüksək dəqiqlikli silahlar və PUA-lar üçün REB-ə davamlı komponent təminatında ciddi böhranla üzləşəcəyini göstərir. Çeboksarı rəhbərliyi hücum faktını təsdiqləyib, hazırda dağıntıların miqyası dəqiqləşdirilir.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO