Muğanlı-İsmayıllı yolunda qəzada xəsarət alanların SON DURUMU

Muğanlı-İsmayıllı yolunda qəzada xəsarət alanların SON DURUMU

Hazırda oxunan: Muğanlı-İsmayıllı yolunda qəzada xəsarət alanların SON DURUMU

618418

Muğanlı-İsmayıllı yolunda ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Bizim.Media xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyunun 10-da saat 09:50 -də Şamaxı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iki nəfər (kişi) Şamaxı Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
 

"Yaralılara dəqiqləşdirilməmiş kəllədaxili travma, qabırğaların çox sayda sınığı, bədənin müxtəlif nahiyələrinin əzilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. 1986-cı il təvəllüdlü (kişi) şəxs daha ixtisaslı xidmət göstərilməsi üçün Bakı şəhərinə, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə təxliyə olunub. 1993-cü il təvəllüdlü pasiyentin müalicəsi isə tibb müəssisəsinin Təcili yardım şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilib.


Qeyd edək ki, ilkin məlumatda hadisə nəticəsində sürücünün xəsarət aldığı bildirilmişdi.

Oxu.az-ın məlumatına görə, xəsarət alan iki nəfər şəxs qəzaya düşən avtomobildə olan sərnişinlər 40 yaşlı Qoşqar Babayev və 33 yaşlı Füzuli Abbaszadədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO