Dostunu qətlə yetirən şəxsə HÖKM OXUNDU

Dostunu qətlə yetirən şəxsə HÖKM OXUNDU

Hazırda oxunan: Dostunu qətlə yetirən şəxsə HÖKM OXUNDU
618394
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daşkəsəndə dostunu qətlə yetirməkdə təqsirləndirilən Elçin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz Mövsümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Elçin İsmayılov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
 

Qeyd edək ki, hadisə ötən il iyul ayında Daşkəsən rayonunda baş verib. Elçin İsmayılovla dostu İlkin Məmmədov arasında mübahisə baş verib. Mübahisə nəticəsində Elçin İsmayılov İlkin Məmmədova bıçaqla bir neçə dəfə zərbə endirib. İlkin Məmmədov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.


Təqsirləndirilən Elçin İsmayılova Cinayət Məcəlləsinin 120.1-ci (qəsən adam öldürmə) və 228.5-ci (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO