Tehrandan Vaşinqtona sərt ultimatum: "Sağ qalmaq istəyirsinizsə, regionu tərk edin!"

Tehrandan Vaşinqtona sərt ultimatum: "Sağ qalmaq istəyirsinizsə, regionu tərk edin!"

Hazırda oxunan: Tehrandan Vaşinqtona sərt ultimatum: "Sağ qalmaq istəyirsinizsə, regionu tərk edin!"
618405
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranın xarici işlər naziri Abbas Araqçı ABŞ ordusuna rəsmi müraciət edərək, bütövlükdə Yaxın Şərq regionunu təcili şəkildə tərk etməyə çağırıb.

Bizim.Media xəbər verir ki, "X" sosial şəbəkəsində kəskin bəyanatla çıxış edən baş diplomat Vaşinqtonu birbaşa hərbi zərbələrlə hədələyib.

XİN rəhbəri ABŞ-a xəbərdarlıq edərək bildirib ki, İran ordusu öz təhlükəsizliyini qorumaq üçün hər an radikal addımlara hazırdır:

"Bizim silahlı qüvvələrimiz heç bir hücumu və ya təhdidi cavabsız qoymayacaq. Əgər təhlükəsizlikdə olmaq istəyirsinizsə, regionumuzu tərk edin".
 

Məsələnin hərbi-siyasi fonu olduqca gərgin xarakter daşıyır. Belə ki, bu ultimatumdan bir qədər əvvəl Hörmüz boğazı üzərində ABŞ-a məxsus "Apache" hərbi helikopterinin vurulması regionu müharibə astanasına gətirib. Helikopterin vurulmasına cavab olaraq ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisindəki strateji hədəflərə ağır zərbələr endirdiyini bəyan edib.


Öz növbəsində İspaniya xəbər mənbələrinin də təsdiqlədiyi kimi, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dərhal cavab əməliyyatına başlayaraq ABŞ-ın Yaxın Şərqdə yerləşən bir neçə hərbi bazasına kütləvi raket və dron hücumları təşkil edib. Ekspertlər hazırda bölgədə irimiqyaslı müharibə riskinin ən yüksək həddə çatdığını vurğulayırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO