Kitabların alınmasına dövlət nə qədər məbləğ ayırır? - NAZİR AÇIQLADI

Kitabların alınmasına dövlət nə qədər məbləğ ayırır? - NAZİR AÇIQLADI

Hazırda oxunan: Kitabların alınmasına dövlət nə qədər məbləğ ayırır? - NAZİR AÇIQLADI

618402

"Kitabxana sahəsində bir çox problemlər mövcuddur. Bunlar həm infrastruktur, həm də məzmun baxımından özünü göstərir. Kitabxana fondlarını təhlil edərkən biz məsələləri aydın şəkildə müşahidə etmişik".

Bizim.Media xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirəsində deyib.

Nazir bu gün kitabxanalarımızın mövcud tələbatı tam şəkildə təmin etmədiyini deyib:

"Bu gün əsas məqsəd əhalimizin, eləcə də ölkəmizə gələn qonaqların və xarici vətəndaşların kitaba çıxış imkanlarını təmin etməkdir. Bu məqsədə çatmaq üçün yeni kitabxana xidmət şəbəkəsi sistemi formalaşdırılır".

"Apardığımız araşdırmalar göstərir ki, kitabxanaların ərazi üzrə yerləşməsi və əlçatanlığı baxımından mövcud sistem bu sahədəki tələbatın bütövlükdə hətta 35 faizini belə qarşılamır. Bu, ümumi nəzəri göstəricidir. Real rəqəmlərə baxdıqda isə mənzərə daha aşağı səviyyədə görünür. Məhz buna görə də məqsədimiz ölkə əhalisinin ən azı 95 faizini kitabxana xidmətləri ilə əhatə etməkdir. Gələcəkdə isə əsas hədəf 100 faizlik əhatə səviyyəsinə nail olmaqdır. Hər bir vətəndaşın kitab fondlarına, bilik mənbələrinə, elmi və elmi-kütləvi nəşrlərə, dövri mətbuata və digər informasiya resurslarına bərabər çıxış imkanlarının yaradılması əsas məqsədlərimizdəndir, - A. Kərimli əlavə edib.

Nazir onu da əlavə edib ki, hər il nəşrlərin alınması üçün dövlət 600 min manat xərcləyir:

"Kitabxanaların dəyərinin artırılması istiqamətində iş aparılır və elmi kitablara ciddi ehtiyac var. Bu baxımdan, elmi və elmi-kütləvi kitabların alışına diqqət ayrılır. Müəllifləri də elmi kitabların yazılmasına həvəsləndirirk. Universitelərimizlə də sıx iş birliyi qururuq". (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO