
- A-
- A
- A+
Məktəblərdə dərsliklərin yığılmasına başlanıldı
Azərbaycanda fəaliyyət göstərən məktəblərdə dərsliklərin yığılmasına başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) yayıb.
Bildirilib ki, proses hazırda davam edir:
"Dərsliklər şagirdlərdən tədris ilinin sonuncu həftəsindən başlayaraq təhvil alınır. Hazırda da dərsliklərin şagirdlərdən təhvil alınması prosesi aparılır".
Qeyd edək ki, tədris ili sentyabrın 15-də başlayır və iyunun 14-də sona çatır.
Xatırladaq ki, bu il bütün dövlət ümumi təhsil müəssisələrində ənənəvi “Son zəng” tədbiri iyun ayının 13-də keçiriləcək.
Son zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































