Qərbdən İrəvana seçki mükafatı? – Beynəlxalq Valyuta Fondundan Ermənistana yeni tranş

Qərbdən İrəvana seçki mükafatı? – Beynəlxalq Valyuta Fondundan Ermənistana yeni tranş

Hazırda oxunan: Qərbdən İrəvana seçki mükafatı? – Beynəlxalq Valyuta Fondundan Ermənistana yeni tranş

618392

Beynəlxalq Valyuta Fondunun (MVF) İcraçı Şurası Ermənistan üçün nəzərdə tutulmuş "Stand-By Arrangement" (SBA) proqramının birinci baxışını rəsmən başa çatdırıb. Nikol Paşinyanın partiyasının parlament seçkilərində qalib gəlməsinin ardınca qəbul edilən qərara əsasən, fond İrəvana təxminən 25,1 milyon ABŞ dolları məbləğində növbəti maliyyə vəsaitinin ayrılmasını təsdiqləyib.

Bizim.Media xəbər verir ki, rəsmi açıqlamaya görə, Ermənistan tərəfi 18,4 milyon Xüsusi Borclanma Hüququna (SDR) ekvivalent olan bu vəsaiti yaxın günlərdə əldə edəcək.
 

Qeyd olunub ki, əvvəlki maliyyə yardımları da nəzərə alınmaqla, sözügedən proqram çərçivəsində Ermənistanın istifadə edə biləcəyi ümumi maliyyə resursunun həcmi artıq 50,2 milyon dollara yüksəlib.


Siyasi və iqtisadi ekspertlər Ermənistandakı gərgin seçki marafonunun dərhal ardınca bu maliyyə transının təsdiqlənməsini təsadüfi hesab etmirlər. Qərb mərkəzli maliyyə institutlarının bu addımı seçkilərdə "praqmatik və diversifikasiya" xətti elan edən Paşinyan administrasiyasına növbəti açıq dəstək rəmzi və Ermənistan iqtisadiyyatının sabitliyini qorumaq məqsədi daşıyan strateji müdaxilə kimi qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO