Seyid Yəhya Bakuvi konfransının iştirakçıları Şuşada - FOTO
Görkəmli azərbaycanlı alim, ilahiyyatçı filosof Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktik konfransın iştirakçıları Qarabağa səfər proqramı çərçivəsində Şuşa şəhərində də olublar.
Bizim.Media xəbər verir ki, əvvəlcə Cıdır düzünə gələn nümayəndə heyəti buradan açılan möhtəşəm mənzərəni seyr ediblər.
Sonra Yuxarı Gövhər Ağa məscidini ziyarət edən nümayəndə heyətinin diqqətinə çatdırılıb ki, 30 ilə yaxın işğal dövründə şəhərdəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra şəhərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşanın tarixi-mədəni ir...