Prezident İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul etdi – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bizim.Media xəbər verir ki, söhbət zamanı dövlət başçısının Məhəmməd Əl-Casirlə görüşləri məmnunluqla xatırlanıb, onun ölkəmizə səfərlərinin tərəfdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi bildirilib.
Azərbaycanla İslam İnkişaf Bankı arasında uzun illərdir səmərəli əməkdaşlığın qurulduğu vurğulanıb.
Bankın ölkəmizdə iqtisadiyyatın müxtəlif istiqamətlərində, həmçinin enerji, o cümlədən yaşıl enerji, kənd təsərrüfatı, su və irriqasiya sistemləri, infrastruktur və sosial sahələrdə bir sıra layihələr həyata keçi...