Bakı metrosunda qatarların intervalı bərpa olundu - YENİLƏNİB
"İçərişəhər" stansiyasının giriş sahəsində nasaz qatar xətdən çıxarılıb.
Bu barədə Bizim.Media-ya "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
"Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub", - məlumatda bildirilib.
08.50
"Metronun "İçərişəhər" stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb".
Bizim.Media xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin məlumatında qeyd olunub.
"Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılır. Qısa müddət ərzində Qırmızı xətt üzrə intervallar bərpa olunacaq. Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edi...