Gürcüstanda azərbaycanlıların "Qadınlar Cəmiyyəti" yaradıldı

Gürcüstanda azərbaycanlıların "Qadınlar Cəmiyyəti" yaradıldı

Hazırda oxunan: Gürcüstanda azərbaycanlıların "Qadınlar Cəmiyyəti" yaradıldı
636445
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Laqodexi rayonunun Qabal kəndində qadınların ictimai fəallığının artırılması və həmrəyliyinin gücləndirilməsi məqsədilə "Qadınlar Cəmiyyəti" yaradılıb.

Bizim.Media xəbər verir ki, təşəbbüs Qazaxıstanın Almatı şəhərində fəaliyyət göstərən "Qadınlar Cəmiyyəti"nin üzvləri tərəfindən irəli sürülüb.

Təşkilati məsələlərlə bağlı keçirilən seçim nəticəsində Qabal, Qaracalar, Gəncəli və Uzuntala kəndlərini təmsil edən 13 nəfərlik heyət formalaşdırılıb.

Qabal mahalı üzrə "Qadınlar Cəmiyyəti"nin rəhbəri Tamilə Vəliyeva seçilib.

Yeni yaradılan cəmiyyətin əsas məqsədləri arasında qadınları bir araya gətirmək, onların ictimai fəallığını artırmaq, təcrübə və bilik mübadiləsini gücləndirmək, ehtiyacı olan ailələrə dəstək göstərmək, qadınların və gənclərin maarifləndirilməsinə töhfə vermək, yerli icmanın inkişafında qadınların rolunu artırmaq yer alır. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO