Tramp Venesuela əməliyyatının bəzi sirlərini AÇDI: “Cəmi 48 dəqiqəyə...”
ABŞ Venesueladakı hərbi əməliyyatlara çəkilən xərcləri ölkənin neft ehtiyatlarına çıxış hesabına dəfələrlə kompensasiya edib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Pensilvaniya ştatında çıxışı zamanı deyib.
“Venesuela. Birgünlük əməliyyat. İndi Venesuela ilə yaxşı pul qazanırıq. Venesuela da yaxşı vəziyyətdədir. Bu müharibəni qazanmaq üçün bizə cəmi 48 dəqiqə lazım oldu. İnanın ya da inanmayın, bu müharibənin xərclərini 28 dəfə, hətta daha çox geri qaytardıq. Çünki milyonlarla barel neft çıxardıq”, – deyə Tramp vurğulayıb.
ABŞ lideri, həmçinin Vaşinqtonla Karakas arasında münasibətlərin hazırda müsbət məcrada inkişaf etdiyini qeyd edib.
...