Rayonlara gedən sərnişinlərin NƏZƏRİNƏ: Geri qayıtmaq biletlərini də ala biləcəklər
Azərbaycan vətəndaşlarına "biletim.az" tətbiqi və saytı üzərindən bilet əldə edərkən gediş-gəliş olmaqla hər iki istiqamət üzrə elektron bilet əldə etmək imkanı yaradılıb.
Bu barədə Bizim.Media Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, indiyədək portal üzərindən yalnız bir istiqamətə bilet almaq mümkün idi. Yeni funksiya istifadəçilərə səfərlərini daha rahat planlaşdırmaq və bilet alışını daha sürətli həyata keçirmək imkanı yaradır.
Xatırladaq ki, daha əvvəl portal istifadəçiləri üçün öncədən əldə edilən bilet üzrə seçilmiş oturacaq yerinin dəyişdirilməsi və s...