Pakistan və Əfqanıstan sərhədində vəziyyət gərgin olaraq qalır və iyunun 29-da Pakistan ordusunun keçirdiyi genişmiqyaslı antiterror əməliyyatından sonra hərbi toqquşmalar yenidən alovlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalında görüntülər yayılıb.
Kanalın yazdığına görə, döyüşlər Saranan bölgəsi istiqamətində gedir.
Qeyd olunub ki, görüntülər Pakistan tərəfindən lentə alınıb.
Xatırladaq ki, iyunun 29-u gecə saatlarında Pakistan təhlükəsizlik qüvvələri Əfqanıstanla sərhəd boyunca əməliyyat keçirib. BMT-nin məlumatına görə, Əfqanıstanın Paktiya, Paktika və Kunar əyalətlərinə hava hücumları nəticəsində 28 nəfər ölüb, təxminən 50 nəfər yaralanıb.
Bizim.Media




































































































