Yeni Suraxanı və Hövsanda evlər 35%-ə qədər BAHALAŞACAQ

Yeni Suraxanı və Hövsanda evlər 35%-ə qədər BAHALAŞACAQ

Hazırda oxunan: Yeni Suraxanı və Hövsanda evlər 35%-ə qədər BAHALAŞACAQ

622580

Yeni Suraxanı-Hövsan dəmiryolu xəttinin bərpası istiqamətində söküntü işlərinə başlanılması bölgədə daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək.

Daşınmaz əmlak bazarı üzrə müşahidələrə əsasən, nəqliyyat infrastrukturunun yaxşılaşdırılması adətən həmin ərazilərdə yaşayışa tələbi artırır və nəticədə evlərin qiymətində bahalaşma müşahidə olunur. Ekspert qiymətləndirmələrinə görə, layihə tam başa çatdıqdan və dəmiryolu xətti istifadəyə verildikdən sonra Yeni Suraxanı və Hövsanda həm həyət evlərinin, həm də mənzillərin qiymətlərində artım gözlənilir.

Bizim.Media “milli.Az”a istinadən xəbər verir ki, hazırda Yeni Suraxanı və Hövsanda həyət evlərinin böyük hissəsi 90 000-140 000 manat aralığında təklif olunur.

Layihənin uğurla yekunlaşması və nəqliyyat əlaqələrinin yaxşılaşması halında bu evlərin qiymətinin orta hesabla 20-35 faiz bahalaşacağı proqnozlaşdırılır. Belə ki, hazırda 100 000 manata satılan həyət evi gələcəkdə 120 000-135 000 manata, 150 000 manatlıq ev isə 180 000-200 000 manata qədər yüksələ bilər.

Bina mənzilləri bazarında da oxşar tendensiya gözlənilir. Hazırda ərazidə mənzillərin qiyməti əsasən 75 000-140 000 manat arasında dəyişir.

Dəmiryolu xətti istifadəyə verildikdən sonra mənzillərin orta hesabla 15-30 faiz bahalaşacağı ehtimal edilir. Bu halda 100 000 manatlıq mənzilin qiyməti 115 000-130 000 manata, 130 000 manatlıq mənzil isə 150 000-165 000 manata qədər arta bilər.

Ən böyük qiymət artımının dəmiryolu stansiyalarına yaxın, çıxarışlı və nəqliyyat baxımından əlverişli mövqedə yerləşən daşınmaz əmlaklarda müşahidə olunacağı gözlənilir.

Bununla yanaşı, layihənin icra müddəti, ümumi iqtisadi vəziyyət və daşınmaz əmlak bazarındakı dəyişikliklər də qiymətlərin formalaşmasına təsir göstərəcək əsas amillərdən olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO