Sürücülərin kabusu: Bir neçə səhv və vəsiqə əldən gedir
Bakıda sükan arxasında olmaq əvvəlki illərlə müqayisədə daha çətin olub. Yeni avtobus zolaqları, dayanma-durma qaydalarına ciddi nəzarət, çoxsaylı kameralar və elektron cərimə mexanizmləri sürücülərin gündəlik hərəkətinə ciddi təsir göstərir. Məsələn, hazırda sürücülərin ən çox narazılıq etdiyi məsələlərdən biri 346.4-cü maddə ilə bağlı tətbiq olunan cərimələrdir.
Bu maddə üzrə 80 manat cərimə və 2 cərimə balı nəzərdə tutulur. Taksi sürücüləri hesab edirlər ki, onların əsas fəaliyyəti sərnişin götürüb-düşürməkdir, lakin bunun üçün kifayət qədər uyğun dayanma məntəqələri yaradılmadığından tez-tez cərimələrlə üzləşirlər. Bu səbəbdən taksi fəaliyyəti ilə məşğul olanlar arasında cərimə balı h...