"Bu mahnı üstündə 1 dəfə döyülmüşəm..."

Hazırda oxunan: "Bu mahnı üstündə 1 dəfə döyülmüşəm..."

91730
Dünən Röya Ayxanın konsert proqramı başa çatdıqdan sonra ifaçı 00:15-də mətbuat nümayəndələri ilə görüşüb. Hər bir jurnalistə konsertdə iştirak etdiyi üçün təşəkkür edən ifaçı media nümayəndələri ilə fəxr etdiyini açıqlayıb.

Daha sonra isə ifaçı həm Moderator.az-ın, həm də digər jurnalistlərin suallarını cavablandırmağa başlayıb.

Röya: Bir şeyə görə üzr istəyəcəm. Media əhlini həqiqətən görməmişəm. Yoxsa sizi salamlayardım. Fikirləşdim, sizi sabah çağırarlar. Bu gün səhvim çox olar deyə, düşündüm sizi sabah dəvət edərlər (gülür-red). Çox sağ olun ki, yanımda idiniz. Sizi sevirəm.

- Konsertin sonunda dediniz ki, bu sonuncu konsert olacaq, səbəb nədir?

Röya: Bəli, bu günkü və sabahkı konsertim hələlik sonuncudur. Səbəb odur ki, mənim üçün çox çətin olur. Türkiyədə və Bakıda işlərim çoxdur. Dəhşət stress keçirirəm. 3-4 gün yemək yemirəm. İki gündür mənə dolma bişirilər ki, bir tikə nə isə yeyim, amma alınmır. Hər bir şeyi problem edirəm. Birdən nəsə oldu, görəsən nə qədər bilet satıldı, bu yeri ona versəm, o biri nə deyər, biri yeri yüz minə deyir... bu kimi fikirlərlə beynim çox qarışır. Mən yay konsertidir deyə, ortalama qiymət qoydum ki, qoy hər kəs iştirak edə bilsin. Ancaq məkan rəhbərləri bunu nəzərə almırlar. Ona görə də bu dəfə Kvents Groupun uşaqları ilə görüşəndə dedim ki, bundan sonra ildə bir konsert edəcəyik, o da ki, möhtəşəm olacaq. Mən yoruldum və “stop”x9d deyirəm. İstəyirəm bundan sonra gnc dostlarım oxusun və mən onların konsertinə gəlim.

Bu məqamda reper Cin Röyanın yanına yaxınlaşır. Röya gülərək:

Röya: Gəl, mənim zəhləmgetmişim, gəl...

Cin Röya ilə birgə bir misra “Buludlar”x9d mahnısını ifa edir. Bu zaman Röya mahnını yarıda kəsib, açıqlaması ilə hər kəsi şoka salır:

Röya: Bu mahnı üstündə bir dəfə  döyülmüşəm.

Röya Cinlə ifa etdiyi “Zəhləmgetmiş”x9d mahnısından da söz açır:

Röya: Vallah nəfəsim kəsildi. Çox oynadım.

Cin : Mən ifa edən zaman ayaqlarım əsirdi. Amma Röyanı təbrik edirəm, çox möhtəşəm konsert idi.

Röya: Mənim yanımda çox yazar dostlarım olub. Onlar üçün inanılmaz çox şeylər etdim, amma nankor imişlər. Elə siz varsız yanımda, çox sağ olun. Allah heç bir zaman sizə problem qismət eləməsin, amma həmişə yanınızdayam. Qıraqdan sizi Türk mediası çəkir, mən də sizlə fəxr edirəm.

- Röya, oğlunun səhnəyə çıxmağı sənə güc-qüvvət verdi eləmi?

Röya:  Bu uşaq necə də çoxbilmişdir, inanmazsınız. İki gün bundan öncə mənə deyir ki, sənin mahnıların çox pisdir. Bu gün isə çıxıb sözləri ilə məni şoka saldı. O rok xoşlayır. Özü də çox qısqancdır. Səhnəyə çıxan hər uşağa məni qısqanırdı, oradan qışqırırdı ki, mən burdayam, mama.

- Mahnıları yeni arenjemanda təqdim etdin.

Röya: 15-16 il öncə ifa etdiyim mahnıları bu gün studiyaya girib, oxuyanda anlayıram ki, səs dəyişmir. Səsimizi göydə  Allah, yerdə həkimlərimiz qoruyur. Bir neçə ay bundan öncə həkim Fəxriyyə xanımı tanımazdan öncə əməliyyata hazırlaşırdım. Eyni Akif İslamzadənin xəstəliyini demişdilər. Nərgiz xanım Cəlilova elə ağlamışdı ki... Düşünürdüm ki, nə qədər məni çox istəyən, səsimin varlığını istəyən adamlar var.

- Konsertdə əsəbiləşdiyin anlar oldu?

Röya: Hə axırda. Mahnını buraxmadılar. Rəqqaslar ayaqlarını yerə çırpır ki, mahnı gəlsin, amma gəlmədi. Eybi yox, olan şeydi. Bu da səmimilikdən irəli gəlir. Mən heç vaxt çoxbilmişləri yanıma işləməyə götürmürəm. Yanımda işləyə-işləyə öyrənəcək.

- Niyə o biri duet ortaqlarnla səhnəni bölüşmədin?

Röya: Çünki əvvəlki konsertlərimdə onlarla ifa etmişəm. Ancaq Cİn mənim üçün təzədi. Düşündüm ki, belə daha maraqlı olar.

- Röya, demişdin ki, heç kəsə dəvətnamə olmayacaq. Ancaq sənət yoldaşların konsertdə iştirak etdi. Sürpriz elədilər sənə ya bilet vermişdin?

Röya: (gülür-red) Yox zarafat eləmişdim. Beş-altı incəsənət yoldaşım gəlmişdi. Mən incəsənətdən olmayan dostlarıma deyirdim ki, bilet alın, dəvətnamə gözləməyin.

Röya, bu konsertdə elə bir insan var idi ki, gözləyirdin amma gəlmədi?

Röya: Yox, kimlər "gələcəm" demişdisə gəldilər. Əsas məni incəsənətə gətirən müəllimim aktyor Sərvər Şahbəyli gəlmişdi. Və mən buna çox sevindim. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO