Aktyorun xanımı öz ərinin nəvəsini dünyaya gətirdi  - FOTOLAR

Aktyorun xanımı öz ərinin nəvəsini dünyaya gətirdi - FOTOLAR

Hazırda oxunan: Aktyorun xanımı öz ərinin nəvəsini dünyaya gətirdi - FOTOLAR

90889
Məşhur aktyor Lorenso Lamas Hollivud gündəminə çevrilib. 

Buna səbəb aktyorun gənc həyat yoldaşının onun doğma qızı üçün surroqat analıq etməsi olub. 57 yaşlı Lamasın 28 yaşlı xanımı Şeyn Kreyq ögey qızının oğlunu dünyaya gətirib. Uşağa Lion Lamas Riki adı verilib. 

"Closer" jurnalının üz qabığına çıxan ailə bu hadisəni "möcüzə" adlandıraraq xoşbəxt olduqlarını deyib. Lorensonun qızı səhhətində problemlər yarandığına görə, ikinci dəfə ana ola bilməyib və bundan çıxış yolu kimi aktyor qızına öz xanımının onun üçün surroqat analıq etməsini məsləhət görüb. 

Ulduzun qızı bu təklifi eşidəndə şoka düşdüyünü deyib: "Təəccüb içində idim. Amma atam fikrində qəti idi. Mən ömrüm boyu ona minnətdar olacağam".Aktyorun xanımı nəvəsini dünyaya gətirdi - FOTOAktyorun xanımı nəvəsini dünyaya gətirdi - FOTOAktyorun xanımı nəvəsini dünyaya gətirdi - FOTOAktyorun xanımı nəvəsini dünyaya gətirdi - FOTO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO