Tez-tez saytlardakı açıqlamaları və xeyirxah işləri ilə diqqət mərkəzində olan müğənni Manaf Ağayev uzun müddətdir ki, görünmür. Sonuncu dəfə “Qaçqınkom”un binasından özünü atmaq istəyən həmyerlisini xilas edən müğənni, o vaxtdan sonra mobil telefonunu da oğluna verib.xa0
Moderator.az-ın əməkdaşı müğənni ilə əlaqə saxlayıb və dəstəyə oğlu Müşviq Ağayev cavab verib. M.Ağayev bildirib ki, atası uzun müddətdir ki, telefon işlətmir:
“Atam sənəti ilə məşğuldur. Hər dəfə televiziyada canlı verilişlərə çıxır. Elə bir yenilik yoxdur. Uzun zamandır ki, telefon işlətmir və elə mobil telefonu da məndədir”.
Əməkdaşımızın “Atanız jurnalistlərdənmi inciyib?”-sualına isə M.Ağayev bu cür cavab verib:
“Xeyr. Atam heç kimdən inciməyib. Sadəcə telefon işlətmir”.
Vasif Əlihüseyn






































































































