“Özümə ən güclü rəqib seçmişdim”- “Maşın” şounu tərk edən reper...

“Özümə ən güclü rəqib seçmişdim”- “Maşın” şounu tərk edən reper...

Hazırda oxunan: “Özümə ən güclü rəqib seçmişdim”- “Maşın” şounu tərk edən reper...

227856
“Maşın” şouda səs verməyə çıxan reper Qurd səs toplayacağı təqdirdə aparıcı İlhamə Bədəlovanı şoudan uzaqlaşdıracağını bildirsə də, bu baş tutmayıb. Sonda kifayət qədər səs toplaya bilməyən reper özü şounu tərk edib.

Moderator.az -a açıqlamasında Qurd özünə güclü rəqib seçdiyini və sonda da nəticənin belə olduğunu bildirib:

“Özümə ən güclü rəqib seçmişdim. Orda hər kəs öz oyununu aparır. Amma hər şeyin bir qisməti var. Altı gün mübarizə apardım. Bunu da bacarmaq lazımdı. Mən İlhamə Bədəlovanı seçmişdim və bildiyiniz kimi o, ATV-nin aparıcısıdır. Ən çətin hədəfi seçdim ki, sabah mənə camaat deməsin ki, özünü qalib sayır. Mən özümü yoxlamaq istəyirdim. Bu normal bir şeydir”.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO