Təranə:

Təranə: "Atasız qızlar başıqaxınclı, xoşbəxtliyə həsrət olur"

Hazırda oxunan: Təranə: "Atasız qızlar başıqaxınclı, xoşbəxtliyə həsrət olur"

225494

Prodüser Təranə Səmədova “Instagram” hesabındakı paylaşımla diqqət çəkib. Mərhum atasının doğum günündəxa0onun məzarı başından foto paylaşan prodüser üzüntüsünü dilə gətirib:

“Atasız qızın adı ağır olur” o qədər də ciddiyə almadığım bir söz birləşməsi idi, amma həyat mənə sübut etdi ki, atasız qızın boynu bükük, adı çox ağır, başıqaxınclı, uğursuz, xoşbəxtliyə həsrət olur...xa0

Allah sənə qəni-qəni rəhmət eləsin, arxamda olsaydın, sənin zəhmindən mənə batmağa, toxunmağa çox qorxardılar, ehtiyat edərdilər, amma yoxluğun çoxlarının ayağına yer verdi, nələr danışmadılar, nələr demədilər. Lakin yenə də ayaqdayam, yaşamağa, güclü görünməyə davam edirəm. Kimin nə danışdığı, nə söylədiyi vecimə deyil. Əsas odur ki, öz şəxsiyyətimə hörmət edərək yaşamağa, ləyaqətimi qorumağa davam edirəm.xa0

Düşünürəm göylərdən özün mənə baxıb narahat olsan da, mənliyimə, “Əsl kişi qızıdır” sözlərindən məmnun, rahat uyuyursan...”(Oxu.Az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO