Aybəniz Haşımova Türkiyədə

Aybəniz Haşımova Türkiyədə "Bayram gəlir elimə..."deyəcək

Hazırda oxunan: Aybəniz Haşımova Türkiyədə "Bayram gəlir elimə..."deyəcək

124974
Tanınmış müğənni, Əməkdar artist, "Bülbüllər" qrupunun yaradıcısı Aybəniz Haşımova bu il "Novruz"u qardaş Türkiyədə qarşılayacaq.

Belə ki müğənni martın 19-da saat 19:00-da Türkiyədə Novruz bayramına həsr olunmuş tədbirdə konsert proqramı ilə çıxış edəcək.

Türkiyənin İstanbul şəhərində baş tutacaq konsert Novruz bayramı ilə əlaqədar olaraq da "Bayram gəlir elimə..." adlanır.

Konsert Türkiyənin "BarışTV" kanalı vasitəsi ilə yayımlanacaq.

Qeyd edək ki, İstanbul Mədəniyyət Mərkəzində baş tutacaq konsert-tədbirdə müğənni ilə yanaşı "Bülbüllər" qrupundan Zülfü Əsədzadə, tanınmış tarzən Rövşən Qurbanov, pianocu Natiq Rzazadə, həmçinin,  Rafiq Əsgərov və Günay Aksu iştirak edəcəklər.

Eyni zamanda, qeyd edək ki, konset və Novruz bayramı tədbiri İstanbul Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə reallaşdırılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO