Samiraldo:

Samiraldo: "Fahişələrə və "mavi"lərə hörmət edirəm"

Hazırda oxunan: Samiraldo: "Fahişələrə və "mavi"lərə hörmət edirəm"

120613
Bu günlərdə eşitdiyimiz yeni xəbər isə stilist Samiraldonun (Samir Əliyev) müğənni Samir Bağırovla 17 illik dostluğuna son qoymasıdır.

Stilist Samiraldo gün.az-a müsahibəsində həm bu məsələdən danışdı, həm də digər suallarımızı cavablandırdı:

- Samir Bağırovla dostluğunuza son qoymağınız doğrudur?

- Mənim həyatım tamam başqadır. Onun həyatı siə tamam başqa... Yorulmuşam, artıq onunla heç bir dostluq münasibətimin olmasını istəmirəm. Tək olanda mənim üçün daha yaxşı olur. Kiminsə problemini özümə çəkməkdən, həyatıma gətirməkdən, nazı ilə oyanamaqdan çox yorulmuşam. Fikirləşdim ki, artıq buna son qoymaq lazımdır.

- Konkret olaraq nə baş verdi ki, gözlənilmədən bu qərarı verdiniz?

- Az müddət deyil, biz 17 ildir ki, dost idik. Mən ona əsl dost oldum. Amma baxdım ki, o insan mənim dostluğuma layiq deyil. Samir Bağırov yaxşı aktyordur, artistlik etməyi yaxşı bacarır. Amma mən yalandan rola girməyi bacarmıram.

İllər keçdikcə başa düşdüm ki, onun səmimiyyəti, mehribanlığı sadəcə görünüş üçündür. O, üzdə belə görünür, amma səmimi insan deyil.

Mən də səmimiyyətdən kənar olan adamlara hörmət etmirəm. Onları özümə yaxın buraxmıram. Sadəcə, səmimi olmadığına görə mən onu özümdən uzaqlaşdırdım.

- Bəs Samir Bağırov yenidən sizinlə münasibətləri bərpa etmək istəsə necə?

- Bilirsiniz, bir insanı çox istəyəndə, gözündə ideallaşdırırsan. Yaxud da əksinə, bir insan adamın gözündən düşdüsə, artıq heç nə əvvəlki kimi olmur.

Samir mənə hətta zəng də edə bilər, amma dostluq, doğmalıq hissi artıq yoxdur. Ona qarşı hörmət, inam, səmimiyyət yoxdur. İnanmıram ki, bundan sonra da olsun. Nəyə görə? Çünki ilk dəfədir ki, bi adama həyatımı, ürəyimi verdim. O, insanla çox yaxın oldum, dərdimiz bir oldu. Amma gördüm ki o, elə insan deyil. Onu həddindən artıq yaxına buraxmaqla çox böyük səhv etdim.

Ona əsl dost olmuşam. Onun nəyisə yoxdur ki, umum. Mən onun üçün çox şeylər etmişəm. Onun pis günündə də, yaxşı günündə də yanında olmuşam. Samir dəyər bilən deyil. O, bilmir ki, yaxşı dost necə olur.

- Bəlkə Samir Bağırov mənəvi böhran yaşayır və sizə ehtiyacı var? Bəlkə narkotik vasitələrdən asılığı davam edir?

- Xeyr. Samir Bağırov artıq 7 ildən çoxdur ki, narkotik vasitələrdən istifadə etmir. O vaxtlar onu anlamağa çalışırdım, düşürdüm ki, narkotikə görə hər şeyi məhv etdi. Onu bataqlıqdan çıxarmağa çalışdım.

Dəfələrlə dedim ki, hələ gec deyil, sənin səsin var. İstənilən vaxt həmin səsdən istifadə edib, yenə əvvəlki Samir Bağırov ola bilərsən. Düz 5 il ona, efirlərə çıxsın deyə kömək etməyə çalışdım. 5 il ərzində 2 mahnı yazmağına kömək etdim. Sonra o, sandı ki, mən onun pisliyinə çalışıram. Bilirsiniz, bu səs onun deyil, Azərbaycan xalqınındır. Azərbaycana məxsusdur!

Azərbaycan da onun özünə yox, səsinə heyrandır, səsinə hörmət edir.

Çünki artıq o, özünü çoxdan hörmətdən salıb... Bilmədiyiniz çox məqamlar var. Samir çox hörmətsizlik etdi, dəfələrlə efirlərə çağırdılar, getmədi. Hansısa verilişə vəd verirdi, sonra getmirdi. Efirdə elan edirdilər ki, Samr Bağırov gələcək, amma o, gəlmiridi... Belə hallar çox olub.

Mən çox çalışdım ki o, itirdiklərini qaytarsın, amma şansını əldən buraxdı. Siz bilirsiniz, 2009-cu ildə mən onun Aygün Kazımova ilə birgə İTV-nin efirinə çıxmasına nail oldum? Olduqca maraqlı veriliş alındı, 2 saatlıq canlı efir oldu. Buna görə o, mənə bir kəlmə “çox sag ol”x9d demədi. Demədi ki, ay Samir, sən məni yenidən səhnəyə qaytardın. Yenə məni dostlarımla görüşdürdün...

- Samir, evlilik söhbətiniz nə yerdə qaldı bəs?

- Şəxsi həyatımda sirlər var, onu mətbuata açıqlamıram. Hətta toyum olsa da belə, bunu heç bir zaman demərəm. Evlənmək, ailə qurmaq, dünyaya uşaq gətirmək çox gözəldir. Amma həyatımda məni o qədər vurublar ki, çox zərbələr almışam. Həyatda daim özünümüdafiə mövqeyində olmuşam deyə inanmıram ki, gələcək həyat yoldaşım, övladım olsa onları qorumağa gücüm çata...

Yaşaqdıqlarımı üstəlik də onlara yaşatmaq istəmirəm. Bilirsiniz ki, mənim Azərbaycanda reputasiyam yaxşı deyil. Bu da gənclik illərində etdiyim yanlışlarla, səhvlərlə bağlıdır. Fikirləşməmişdim ki, gələcəkdə nə vaxtsa, ailə qumaq, övlad sahibi olmaq istəyəcəyəm. İnsanın keçmişi heç vaxt silinmir. Ailəmi keçmişimdən qoruya bilməyəcəyəm, bundan qorxuram.

- Belə çıxır ki, heç bir zaman evlənməyəcəksiniz?

- Bilirsiniz, evlənsəm belə - bəlkə də evlənmişəm- bunu heç kim bilməyəcək. Çalışacağam ki, bunu heç kim bilməsin. Bununla öz həyatımı, ailəmi sığortalayıram.

Mən böyük bir səhv etdim, nişanlananda, bunu hər yerdə danışdım. Elə bildim ki, insanlar buna sevinəcəklər, məni təbrik edəcəklər.xa0

Amma gördüm ki, onlar hələ qurulmamış ailəni dağıdırlar. O qız məni 35 il idi ki, tanıyırdı. 35 il idi ki, biz bir yerdə idik. Heç kim də bunu bilmirdi.

Günlərin bir günü o, mənə dedi ki, istəyirəm, səndən uşağı olsun. Sonra dedi ki, həyatda səndən başqa heç kimə etibar etmirəm. Biz bir-birimizi çox yaxşı tanıyırıq. Ona görə də gəl, ailə quraq. Mən də evlənmək qərarımı yalnız dostlarıma dedim. Bütün Azərbaycana yayıldı ki, mən evlənirəm...

Günlərin birində qızın anası mənə zəng etdi və dedi ki, bu evlilik olmayacaq, vəssalam. Yaxşı ki, mən o qızın şəklini sosial şəbəkədə paylaşmadım, kimliyini açıqlamadım. Bütün bunlara görə ailə qurmağa çəkinirəm. “Heç vaxt”x9d ”“ demirəm, çünki həyatdır. Bir də gördünüz ki, həyatımda qadın da var, övladım da olub. Yəni hər şey ola bilər. Həyat sürprizlərlə doludur.

- Bilmirəm bu nə ilə bağlıdır, bəlkə də qeyri-adi geyim tərzinizdən irəli gəlir. Sizin qeyri-ənənəvi orientasiyaya malik olduğunuzu deyirlər...

- Bir onu deyə bilərəm ki, istənilən yaradıcı kişinin qadına hissi olmasa, ehtirası, marağı olmasa, zərif cinsin nümayəndəsi ilə işləyə bilməz. Mən qadın gözəlliyinə heyranam. Mən qadınlara çox hörmət edirəm. Ona görə də onlarla işləyirəm. Əgər mənim kişilərə qarşı, sevgim, məhəbbətim olsaydı, bəlkə də siz deyən fikri təsdiqləyərdim. Həyatımı və sənətimi kişilərə həsr edərdim. Mən heç vaxt kişilərlə o qədər də yaxın ola bilmərəm.

Düzdür, heç vaxt “heç vaxt”x9d demək olmaz. Mən qadını və ya kişini bəyənə bilərəm. Amma onun heç bir cinsi istəyə aidiyyatı yoxdur.
Geyimlərimə gəlincə bu, yaradıcılıq baxımından mənim obrazımdır.

Geyimlərimdə insanlara öz əsərlərimi, sənətimi, iç dünyamı göstərirəm. Fahişələrə, “mavi”x9dlərə, yaxud da homoseksuallara hörmət edirəm. Çünki onlar Allahın sevimli bəndələridir. Homoseksuallar Allahın sevimlisi olmasaydılar, dünyanın ən istedadlı və şirin insanları olmazdılar. Onlar çox ürəyi təmiz, istedadlı, qəlbi sınıq olurlar. Siz qeyri-ənənəvi orientasiyası olan insanların həyatlarını vərəqləsəniz, onlara acıyarsınız.

Çünki onlar seçilmiş insanlardır. Mən demirəm ki, homoseksual deyiləm. Allah eləməsin, filan. Hər şey ola bilər, həyatdır. Bu həyatda mən sadəcə, öz obrazımı oynamağa gəlmişəm. Necə oyanayacığımı isə Allah bilir. Hər bir insan əməllərinə görə də özü cavab verəcək.xa0

Mənim bu dünyada haqqımı yeyənlər çox olub, inanıram ki, onlar cəzalarını alacaqlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO