
- A-
- A
- A+
Şou-biznes
01:03 / 29.01.2016
"Elza Seyidcahan səhnəmizin dəli sənətkarıdır"- VİDEO
Hazırda oxunan: "Elza Seyidcahan səhnəmizin dəli sənətkarıdır"- VİDEO
118488
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Əməkdar artist Elza Seyidcahanın yaradıcılığı haqqında çox danışılıb, yazılsa da, yenə də diqqət mərkəzindədir. Bu dəfə isə Elza Seyidcahan haqqında maraqlı məlumatlar açıqlanıb.
Rejissor Nail Naiboğlunun “ChatBox”x9d kanalında yayımlanan “Stop”x9d layihəsinin qonağı olan ictimai xadim Hacı Quliyev, Elza Seyidcahanla dostluq münasibətlərindən tutmuş, bir çox məqamlara aydınlıq gətirib.
İctimai xadim, E.Seyidcahanla birmənalı qarşılanmayan münasibətləri barəsində bunları deyib:
“Bir daha üzümü kameralarınıza tutaraq, açıq-aşkar, səmimi etiraf edirəm ki, Hacı Quliyev və Elza Seyidcahan çox səmimi dostdurlar.”x9d
Bundan başqa, N.Naiboğlunun “Deyirlər ki, Elza Seyidcahan səhnəmizin dəli sənətkarıdır...”x9d fikrinə, H.Quliyev belə cavab verib:
“Hər zaman sənətə yenilik getirmək istəyən sənət adamlarımız qınaq obyektinə çevriliblər. Cazmen Vaqif Mustafazadəni zamanında xalq necə qəbul edirdi və yaxud Habilin kamada fərqli tərzdə ifasini...? Bəs xalq artisti, ustad xanəndə Alim Qasımov muğma gətirdiyi yeniliklərin ziyalılar tənqid atəşinə tutmurdular? Amma bu gün Vaqif Mustafazadə, Alim Qasımov nəinki Azərbaycanda, dünyada öz sözünü deyib. Amerikada olanda, musiqi disklərləri satılırdı. Sözsüzki ilk olaraq bizim sənətçilərin diskləri ilə maraqlandım. Dünya ulduzları arasında Alim Qasımovun da disklərini görəndə, təbii ki, sevincimin həddi-hüdudu yox idi.
Bu gün Elza Seyidcahan da qəbul olunmaya bilər. Lakin, Elza xanımın çox məntiqli düşüncələri var. Hətta deyərdim bir çoxlarından fərqli olaraq, o, gələcəyini də sığortalayıb. Bildiyimiz kimi, elə bəstəkarlarımız var ki, mahnı bəstələyirlər, amma heç bir nota köçürmürlər. Həmin əsərlərdə zaman keçdikcə unudulub, gedirlər. Elza Seyidcahan isə zamanında çox böyük əsərlər yazıb, notlaşdırıb, arxivləşdirib və özündə saxlayıb. Elə əsərləri var ki, bu gün ortaya çıxmayıb. Zamanı gələndə həmin əsərlər ortaya çıxacaq. Bax o zaman əminəm ki, zaman öz sözünü deyəcək...”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































