18 mərtəbəli bina saniyələr içində UÇDU: 100-dən çox ölən var - VİDEO

18 mərtəbəli bina saniyələr içində UÇDU: 100-dən çox ölən var - VİDEO

Hazırda oxunan: 18 mərtəbəli bina saniyələr içində UÇDU: 100-dən çox ölən var - VİDEO
643881
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Keniyanın paytaxtı Nayrobidə tikilməkdə olan 18 mərtəbəli ticarət mərkəzi çöküb. İlkin məlumatlara görə, hadisə nəticəsində 100-dən çox insan həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə “Arab News” məlumat yayıb.

Hadisə yerli vaxtla saat 13:40 radələrində şəhərin İstli rayonunda baş verib.

Şahidlərin çəkdiyi görüntülərdə çoxmərtəbəli binanın bir neçə saniyə ərzində çökdüyü və tamamilə dağıldığı əks olunub.
 

Hadisə yerinə dərhal təcili yardım xidmətləri və Qırmızı Xaçın mütəxəssis qrupları cəlb edilib. Hazırda dağıntılar altında sağ qalanların axtarışı və uçqunun nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır.


Binanın çökmə səbəbləri araşdırılır. İlkin ehtimallara görə, hadisəyə tikinti zamanı texniki normaların pozulması səbəb ola bilər. 


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO