Məşhur azərbaycanlı müğənnidə nadir xəstəlik AŞKARLANDI

Məşhur azərbaycanlı müğənnidə nadir xəstəlik AŞKARLANDI

Hazırda oxunan: Məşhur azərbaycanlı müğənnidə nadir xəstəlik AŞKARLANDI
643870
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan əsilli rusiyalı müğənni Conidə (JONY - Cahid Hüseynli) ailəvi Aralıq dənizi qızdırması adlı nadir irsi xəstəliyin aşkarlanması barədə məlumat yayılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
 

Məlumata əsasən, 30 yaşlı müğənninin genetik müayinəsi nəticəsində bu xəstəliyin müəyyən edildiyi iddia olunur. Sənətçi kəskin çəki itirib, qızdırması yüksəlib və sentyabrda xəstəxanaya yerləşdirildikdən sonra yenidən səhhətindən şikayət edib.


Ailəvi Aralıq dənizi qızdırması təkrarlanan qızdırma tutmaları, əzələ, oynaq və qarın ağrıları ilə müşayiət oluna bilən irsi iltihabi xəstəlikdir. Xəstəlik Aralıq dənizi hövzəsi və Cənubi Qafqaz əhalisi arasında daha çox rast gəlinir.

“Mash”ın məlumatına görə, Coni müalicəyə başlayıb. İlkin mərhələdə vəziyyətinin yaxşılaşdığı, sonradan isə yenidən pisləşdiyi bildirilir.

Hazırda müğənninin həkim nəzarəti altında evdə müalicə aldığı qeyd olunur.

Bununla belə, Coninin nümayəndələri “Mash”a açıqlamalarında sənətçinin səhhətində heç bir problem olmadığını bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO