Meyxanaçı Samirə videonu yayan adamı məhkəməyə verir

Meyxanaçı Samirə videonu yayan adamı məhkəməyə verir

Hazırda oxunan: Meyxanaçı Samirə videonu yayan adamı məhkəməyə verir

109588
Meyxanaçı-müğənni Samirə Yusifqızı duet ortağı Oqtay Kamilin məclislərin birində onun barəsində səsləndirdiyi intim fikirləri sosial şəbəkəyə yerləşdirən şəxsi məhkəmyə verir.

Bu barədə Ölkə.az-a sənətçi özü məlumat verərək bildirib ki, artıq sözügedən məsələ ilə bağlı iş gedir:

"Həmin videonu "Youtube"a yerləşdirən adam ora yazdığı sözdən utansın. Çox ayıblar olsun ki, bizim millətə yaraşmayan sözləri həmin şəxs yazıb. Bu saat camaat başqa problemlər haqqında düşünür, gör bu tərbiyəsizlər nə işlə məşğul olurlar. Bu işi belə qoymayacağam. Həmin videonu ora yerləşdirən adam tapılacaq və lazımi cəzasını alacaq. Məhkəmədə də qətiyyən rəhmli olmayacağam. Səhərdən bütün respublika mənə zəng vurur. Bəs mənim övladlarım, yaxınlarım yoxdur? Onu bilsin ki, bu yaxınalrda cəzasını alacaq. Çalışacağam ki, bilmədiyi şeyi yazan o adam həbs olunsun"

Xatırladaq ki, Oqtay Kamil məclislərin birində dediyi meyxanada Samirə Yusifqızı ilə intim münasibətdə olduğunu söyləmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO