MHP sədri Şuşada Üzeyir Hacıbəyli adına məktəb tikəcək - VİDEO

MHP sədri Şuşada Üzeyir Hacıbəyli adına məktəb tikəcək - VİDEO

Hazırda oxunan: MHP sədri Şuşada Üzeyir Hacıbəyli adına məktəb tikəcək - VİDEO
9727
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Milli Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Şuşada məktəb tikdirəcək.

Bizim.Media-nın məlumatına görə, bu barədə partiya sədri özü açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət Baxçalı Şuşada məktəb tikdirmək arzusundadır - FOTO


O bildirib ki, “Ülkü ocaqları” Təhsil və Mədəniyyət Fondu tərəfindən maliyyələşdiriləcək  məktəb 9 illik olacaq.    

“Məktəbin Şuşada doğulan və Azərbaycan Dövlət Himninin bəstəkarı olan Üzeyir Hacıbəylinin adını daşıyacağını, təməlinin də 2021-ci il yanvarın 30-da atıla biləcəyini söyləmişdim. Cənab Ərdoğan və cənab  İlham Əliyevin qarşılıqlı razılığı əsasında Şuşada məktəb tikilməsi uyğun görüldü”- deyə Baxçalı söyləyib.

Onun sözlərinə görə, təhsil ocağı tamamlanan kimi Azərbaycana təslim ediləcək.

Yaxın günlərdə bu işə məsul əməkdaşların Şuşaya göndəriləcəyini deyən Baxçalı, onların məktəbin yeri ilə bağlı səfirlikdə müzakirələr aparacaqlarını da vurğulayıb.

MHB rəhbəri məktəb layihəsinin ilkin eskizini də təqdim edib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO