"Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələrdir” - İlham Əliyev  

Hazırda oxunan: "Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələrdir” - İlham Əliyev  
96736
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə birgə mətbuat konfransında deyib.

"Prezident Radev bu gün müzakirə olunan məsələlər haqqında geniş məlumat verdi. Öz tərəfimdən onu əlavə etmək istərdim ki, bizim həm təkbətək söhbətimiz, həm də nümayəndə heyətlərinin iştirakı ilə gedən müzakirələrdə səmimi şəraitdə bir çox məsələlər müzakirə edildi.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Bolqarıstanın biznes dairələrinin nümayəndələri ilə görüşüb - FOTO


Əminəm ki, bu səfərin nəticələri çox uğurlu olacaq və bu gün əldə edilmiş razılaşmalar mütləq yerinə yetiriləcəkdir, necə ki, bundan əvvəlki dövrlərdə əldə edilmiş razılaşmalar yerinə yetirilirdi.

Xüsusilə 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu Bəyannamə həm bizim əlaqələrimizi yüksək səviyyəyə qaldırmışdır, eyni zamanda, o bəyannamədə təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapmışdır", - dövlət başçısı bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO