ŞƏT sammitinin yekununda Səmərqənd Bəyannaməsi qəbul ediləcək

ŞƏT sammitinin yekununda Səmərqənd Bəyannaməsi qəbul ediləcək

Hazırda oxunan: ŞƏT sammitinin yekununda Səmərqənd Bəyannaməsi qəbul ediləcək
93973
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin yekunlarına əsasən Səmərqənd Bəyannaməsi qəbul ediləcək. 

Bizim.Media xəbər verir ki, bunu ŞƏT-in Baş katibi Çjan Min sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək sammit ərəfəsində verdiyi müsahibə zamanı deyib. 

“Səmərqənd Bəyannaməsi ŞƏT-in beynəlxalq siyasət, iqtisadiyyat və bir sıra digər aspektlər üzrə mövqeyinə dair əhatəli siyasi bəyannaməyə çevriləcək”, - o bildirib. 

Ç.Minin sözlərinə görə, builki sammitdə təşkilatın 2023-2027-ci illər üçün planı, “Bir kəmər, bir yol” layihəsi də müzakirə olunacaq. 

Son üç ildə ilk dəfə əyani formatda keçiriləcək sammitdə ŞƏT-ə üzv dövlətlərin, üç müşahidəçi dövlət - Belarus, İran və Monqolustanın, həmçinin dəvət olunmuş üç dövlət Azərbaycan, Türkmənistan və Türkiyənin liderləri iştirak edəcək. 
Tədbirdə Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilsə də, dünən onun səfərinin ləğv edildiyi məlum olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO