Erməni diversantlar ölkələrinə vasitəçisiz qaytarılıb – İLK DƏFƏ – ÖZƏL  

Erməni diversantlar ölkələrinə vasitəçisiz qaytarılıb – İLK DƏFƏ – ÖZƏL  

Hazırda oxunan: Erməni diversantlar ölkələrinə vasitəçisiz qaytarılıb – İLK DƏFƏ – ÖZƏL  
92906
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan 5 erməni hərbçini Ermənistana təhvil verib.

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel tvitter hesabında Azərbaycan tərəfinin 5 erməni hərbçini qarşı tərəfə təhvil verməsini təqdir edib. O qeyd edib ki, Azərbaycan və Ermənistan ilk dəfə olaraq təhvil prosesini ikitərəfli qaydada həyata keçiriblər.  

Bizim.Media-nın etibarlı mənbədən əldə etdiyi məlumata görə, bu dəfə saxlanılan erməni hərbçilər vasitəçi olmadan, birbaşa Ermənistan tərəfinə təhvil verilib.  

Məlumat üçün bildirək ki, bundan əvvəl əsirlərin qaytarılması hər zaman 3-cü tərəflərin iştirakı ilə baş tutub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan 5 erməni hərbçini GERİ QAYTARDI - SİYAHI


Belə ki, ötən ilin iyununda Gürcüstanın vasitəçiliyi ilə Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib.  

Bunun müqabilində saxlanılan 15 erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.  

Digər vaxtlarda isə erməni diversantların qaytarılmasında Rusiya vasitəçi qismində çıxış edib.  

Mətanət Əliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO