“Bayraktar TB2” 500 min saat uçuşla rekord qırdı - VİDEO

“Bayraktar TB2” 500 min saat uçuşla rekord qırdı - VİDEO

Hazırda oxunan: “Bayraktar TB2” 500 min saat uçuşla rekord qırdı - VİDEO

90375

Türkiyənin milli S/PUA-sı (Silahlı Pilotsuz Uçuş Aparatı) “Bayraktar TB2”  daha bir mühüm mərhələni geridə qoyub. Türk aviasiya tarixində yeni bir çığır açan “Bayraktar TB2” S/PUA sistemi 500 min uçuş saatını müvəffəqiyyətlə tamamlayıb.

Bu barədə Bizim.Media-ya “Baykar Texnelogiya” şirkətinin ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Bildirilib ki, S/PUA-sı “Bayraktar TB2” səmada yarım milyon saatı keçərək ən uzun xidmət edən milli təyyarə ünvanını qazanıb.
 

“Türkiyənin dünyaya ixrac etdiyi ilk S/PUA platforması olan “Bayraktar TB2”lər dünya aviasiya və müdafiə sənayesi tərəfindən maraqla izlənilir. Ukrayna, Qətər, Azərbaycan və Polşa da daxil olmaqla 23 ölkə ilə ixrac müqavilələri imzalanıb.


2021-ci ildə 664 milyon dollarlıq S/PUA sistemləri ixrac edən Baykar, Türkiyə İxracatçılar Məclisinin açıqladığı məlumatlara görə, müdafiə və aerokosmik sahədə ən çox məhsul ixrac edən şirkət olub. Baykar hazırda gəlirlərinin 90%-dən çoxunu ixracdan əldə edir. Milli S/PUA “Bayraktar TB2” ilə maraqlanan bir çox ölkə ilə danışıqlar davam edir”, - deyə şirkətdən bildirilib.

Tehran, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO