VHP funksioneri, Milli Şuranın üzvü Rafiq Manaflı keçmiş maliyyə naziri Fikrət Yusifovun bir yazısına kəskin cavab verib:
"Bu gün moderator.az saytında iqtisad elmləri doktoru, professor, eks maliyyə naziri Fikrət Yusifovun “8 milyard dollar vəsaiti siz hara və necə yaza bilərsiniz”x9d başlıqlı “monoqrafiya”x9dsını oxudum. Yazıda keçmiş nazir Avropa oyunlarına çəkilən xərclərin 1 milyard manat (nədir ki!!!) olduğunu iddia etməklə, bütün digər mandat və ya kreslo arzusunda olanların yolu ilə gedərək bütün xıltını müxalifətin üstünə tökməyi özünə borc bilib.
Hörmətli professor aydınımıza ilk olaraq onu xatırlatmaq istəyirəm ki, bizi söymək yalnız mandat üçün yetərlidir, vəzifə üçün başqa səviyyədə, başqa yerlərin altından keçmək lazımdır.
İkincisi, ixtisasca iqtisadiyyatdan uzaq olsam da, iqtisad elmləri doktoru, professor eks nazirimizə bir neçə dərs keçmək istəyirəm ki, bir də camaatımızı belə bəsit yollarla çaşdırmasın.
Cənab F. Yusifov, 1 milyard 336 milyon manat vəsait “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında”x9d Azərbaycan Respublikası Qanunu ilə Bakı şəhərində birinci Avropa Oyunlarının keçirilməsi üçün idman infrastrukturlarının yaradılması, hazırlıq və digər təşkilatı işlər üçün yalnız bu il üçün ayrılıb.
2014-cü il dövlət büdcəsində 1 milyard manat yenə Bakı şəhərində birinci Avropa Oyunlarının keçirilməsi üçün idman infrastrukturlarının yaradılması, hazırlıq və digər təşkilati işlərlə bağlı ayrılıb. Bundan başqa, həmin ilin büdcəsində gənclər siyasətinin həyata keçirilməsi və idman obyektlərinin tikintisi, yenidən qurulması və əsaslı təmiri üçün 1 milyard 923 milyon manat vəsait də ayrılıb ki, bu məbləğin də əsas hissəsi Bakı şəhərində Su İdman Sarayının, Gimnastika Kompleksinin, 65,0 min tamaşaçı tutumu olan futbol stadionunun, Avropa Oyunları Parkının tikintisinə xərclənib.
2013-cü ildə Azərbaycan Respublikasının dövlət büdcəsinin icrasına dair hesabatda 345,9 mln. manat vəsaitin 2013-cü ildə idman obyektlərinin tikintisi, yenidən qurulması və əsaslı təmiri üçün xərcləndiyi qeyd olunub.
Hörmətli Fikrət müəllim, təxminən 4.5 milyard manat, və ya dolların ötən illərdəki kursunu nəzərə alaraq 5.5 milyard dollar oldumu? Gördünüzmü milyardları hara və necə yazmaq olur? Müxtəlif idman komplekslərinə, açılış-bağlanışa və digər sahələrə xərcləri də ayrı-ayrı göstərə bilərəm. Əgər öyrənmək istəsəniz, əlaqə saxlayın, sizin üçün kalkulyasiya edim.
Üstəlik, Azərbaycan banklarının şəffaflıqdan və hesabatlılıqdan qaçmaq məqsədi ilə öz adamlarına krediti kisələrdə, nağd pulla, yəni sələmə verdiyini nəzərə alaraq bu rəqəmin hara qədər şişəcəyini daha özünüz hesablayın. Yox, yox iqtisad elmləri doktoru, professorsunuz.
P.S. Eks nazir yadımdan çıxdı.


































































































