İlham Əliyev Qoşulmama Hərəkatının Bakı konfransında çıxış edib – FOTO/VİDEO

İlham Əliyev Qoşulmama Hərəkatının Bakı konfransında çıxış edib – FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyev Qoşulmama Hərəkatının Bakı konfransında çıxış edib – FOTO/VİDEO
81638
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edir.

Dövlətimizin başçısı konfransda çıxış edir.

“Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransa 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri qatılıblar.

Üç gün davam edəcək konfransda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul olunacaq, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq ediləcək, qurumun sədri və sədr müavinləri seçiləcək.

Tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərlərinin ölkə rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcək, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.

Bizim.Media

 


İlham Əliyev Qoşulmama Hərəkatının Bakı konfransında çıxış edib – FOTO/VİDEO - foto 1
İlham Əliyev Qoşulmama Hərəkatının Bakı konfransında çıxış edib – FOTO/VİDEO - foto 2
İlham Əliyev Qoşulmama Hərəkatının Bakı konfransında çıxış edib – FOTO/VİDEO - foto 3
İlham Əliyev Qoşulmama Hərəkatının Bakı konfransında çıxış edib – FOTO/VİDEO - foto 4
İlham Əliyev Qoşulmama Hərəkatının Bakı konfransında çıxış edib – FOTO/VİDEO - foto 5
İlham Əliyev Qoşulmama Hərəkatının Bakı konfransında çıxış edib – FOTO/VİDEO - foto 6
İlham Əliyev Qoşulmama Hərəkatının Bakı konfransında çıxış edib – FOTO/VİDEO - foto 7
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO