“Prezidentin yeni fərmanı problemlərin çevik həllinə şərait yaradacaq” – Millət vəkili

“Prezidentin yeni fərmanı problemlərin çevik həllinə şərait yaradacaq” – Millət vəkili

Hazırda oxunan: “Prezidentin yeni fərmanı problemlərin çevik həllinə şərait yaradacaq” – Millət vəkili
7742
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət hər zaman müharibə iştirakçılarının və şəhid ailələrinin yanındadır.

“Cənab Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən ”Yerli icra hakimiyyətləri haqqında” əsasnamədə dəyişiklik edilərək, icra hakimiyyəti strukturlarında, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili  şöbəsi yaradılacaq. Bununla müharibə iştirakçıları və şəhid ailələri işlə təmin olacaqlar. Cənab Prezidentin imzaladığı fərman göstərir ki, dövlət hər zaman müharibə iştirakçılarının və şəhid ailələrinin yanındadır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili Azər Badamov Prezident İlham Əliyevin “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin yaradılması haqqında fərmanını şərh edərkən deyib.

Milli Məclis üzvünün sözlərinə görə, icra strukturunda yeni şöbələrin yaradılması əhalinin bu həssas qrupunun problemlərinin çevik həllinə şərait yaradacaq: 

“Tezliklə, bu şöbələrin necə fəaliyyət göstərəcəyi barədə xüsusi təlimatlar olacaq. Bununla da bütün şəhər və rayonlarda yaşayan Vətən müharibəsi iştirakçıları və şəhid ailələri dövlətin nəzarətində olacaq. Yeni fərman bu kateqoriyadan olan insanların rifahının yaxşılaşdırılması məqsədi güdür”.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanına əsasən, Bakı şəhəri və paytaxtın 12 rayonu, eləcə də Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Lənkəran, Yevlax, Şəki, Naxçıvan və Naftalan şəhər icra hakimiyyətlərində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılır.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO