Rəisi: “İran Azərbaycanla qonşuluq münasibətlərinin genişlənməsinə səy göstərir”

Rəisi: “İran Azərbaycanla qonşuluq münasibətlərinin genişlənməsinə səy göstərir”

Hazırda oxunan: Rəisi: “İran Azərbaycanla qonşuluq münasibətlərinin genişlənməsinə səy göstərir”
77037
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident. Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

İran və Azərbaycan xalqlarının ortaq dini və tarixi, eləcə də xalqlarımız arasında mövcud olan qırılmaz tellər hazırkı yeni dövrdə iki ölkə arasındakı münasibətlər üçün dərin dayaq və möhkəm əsaslar yaratmışdır.

Xalqlarımız arasındakı həmin tellərə söykənərək, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən bəri İran İslam Respublikası hər zaman qarşılıqlı mənafeyimiz çərçivəsində ikitərəfli münasibətlərimizin bütün sahələrdə genişləndirilməsinə səy göstərmişdir.

Sevindirici haldır ki, Azərbaycan Respublikasının ərazilərinin işğalına son qoyulduqdan sonra iki ölkənin əməkdaşlıq imkanları və sahələri daha da genişlənmişdir. Ümidvaram ki, iki ölkə xalqlarının qarşılıqlı mənafeyinə və istəyinə uyğun olaraq, hər iki tərəfin səyləri nəticəsində həmin imkanlardan istifadə ediləcəkdir.

Sonda İran İslam Respublikasının xarici siyasətində Azərbaycan Respublikasının önəmli yer tutduğunu vurğulayaraq, qardaş Azərbaycan Respublikası ilə qonşuluq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində səy göstərdiyimi bildirirəm.
Allah-Taaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının bütün xalqına isə uğurlar və xoş günlər arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO