“Ermənistan törətdiyi cinayətlərə görə cavab verəcək” – Elman Nəsirov

Hazırda oxunan: “Ermənistan törətdiyi cinayətlərə görə cavab verəcək” – Elman Nəsirov

73846

“Prezident İlham Əliyev mayın 4-də Zəngilan rayonuna xüsusi nümayəndənin təyin olunması ilə bağlı çıxışında post-müharibə dövrünün bir sıra vacib məsələlərinə diqqəti cəlb edib. Bunların sırasında Ermənistanın işğal dönəmində törətdiyi vəhşilik və vandalizm hərəkətlərinə diqqəti cəlb edərək, bu xüsusda onların Zəngilanda həyata keçirdiyi barbarlıq aktları da var idi”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Elman Nəsirov bildirib.

Belə ki, deputat Prezidentin çıxışı zamanı vurğuladığı bir sıra məqamlara diqqəti yönəldib:

“Prezident vurğulayıb ki, digər işğaldan azad olunan ərazilərimizdə olduğu kimi, Zəngilanda da faktiki olaraq sağ bir bina qalmıyıb. Yalnız bir neçə bina qalmışdı ki, onlarda da erməni hərbçiləri məskunlaşmışdılar. Onlar təkcə tarixi-mədəni abidələri yox, eyni zamanda meşə zolağının 50-60%-i məhv edilib”.

Elman Nəsirov Prezidentin çıxışında ermənilərin Zəngilanın çinar meşələrində, Bəsitçay dövlət qoruğunda həyata keçirdiyi ekoloji terror siyaəti ilə bağlı fikirlərinə istinad edərək, Ermənistanın bütün cinayətlərinə görə cavab verməli olacaqlarını qeyd edib. 

Deputat İlham Əliyevin çıxışında Zəngilan rayonunun strateji və coğrafi əhəmiyyətinin böyük olması ilə bağlı fikirlərini xatırladaraq bildirib ki, bu rayon gələcəkdə nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmək potensialına malikdir. 

“Zəngilan təkcə Zəngəzur dəhlizinin əsas hissəsi kimi Azərbaycanı Naxçıvanla birləşdirməyəcək, eyni zamanda beynəlxalq nəqliyyat yolunun üzərində yerləşən mühüm məntəqə olaraq onun statusu genişlənəcək. Cənab Prezident bir daha vurğuladı ki, qarşıdakı hədəfləri həyata keçirmək üçün, siyasi iradə, iqtisadi potensial, insani resurslarımız, beynəlxalq əməkdaşlıqlarımız və maliyyə resurslarımız var”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO