İlham Əliyev: “Azərbaycanda pandemiya ilə bağlı çox az sayda məhdudiyyətlər qalıb”

Hazırda oxunan: İlham Əliyev: “Azərbaycanda pandemiya ilə bağlı çox az sayda məhdudiyyətlər qalıb”

71520

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edib.

Bizim.Media xəbər verir ki, görüşdə Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan Respublikası arasında səmərəli əməkdaşlığın olduğunu vurğuladı.

Dövlətimizin başçısı Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-a qarşı mübarizədə Azərbaycana göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü bildirdi, ÜST-ün COVID-19-a qarşı mübarizəyə dair təqdim etdiyi tövsiyələrin ölkəmiz üçün dəyərli olduğunu qeyd etdi. 
 

MÖVZU İLƏ BAĞLI:

ÜST-ün Avropa üzrə regional direktoru İlham Əliyevin qəbulunda - VİDEO


Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət çox müsbətdir, həyata keçirilmiş tədbirlər nəticəsində pandemiyanın çətin dövründə vəziyyət nəzarətdə saxlanılıb.

Azərbaycan keçən ilin əvvəlində vaksinasiyaya başlayan ilk ölkələrdən biri olub, indiyədək ölkəmizdə 13 milyondan artıq vaksin istifadə edilib. Azərbaycanda vaksinasiya prosesi anlayışla qarşılanıb. 

Dövlətimizin başçısı bunun vətəndaşlarımız tərəfindən dövlətin həyata keçirdiyi siyasətə etimadın bir nümunəsi olduğunu dedi.

Ölkəmizdə pandemiya ilə bağlı məhdudiyyətlərin tədricən aradan qaldırıldığını deyən Prezident İlham Əliyev bildirdi ki, çox az sayda məhdudiyyətlər qalıb, bunu da Azərbaycan ictimaiyyəti anlayışla qarşılayır.

Azərbaycanın COVID ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətini daim dəstəklədiyini bildirən dövlətimizin başçısı vurğuladı ki, həm Qoşulmama Hərəkatında, həm də BMT Baş Assambleyasında çıxışları zamanı Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-a qarşı mübarizədə rolunu xüsusilə qeyd edib.
Prezident İlham Əliyev dedi ki, Azərbaycanda pandemiya nəticəsində yaranan sosial-iqtisadi məsələlərin aradan qaldırılması istiqamətində də dövlətimiz tərəfindən zəruri tədbirlər görülüb və hazırda bu sahədə də vəziyyət sabitdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO