
- A-
- A
- A+
Siyasət
11:44 / 10.11.2026
1 dəq oxunma
İlham Əliyev Ərdoğana başsağlığı verib
Hazırda oxunan: İlham Əliyev Ərdoğana başsağlığı verib
646951
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, məktubda İzmir vilayətində yerləşən metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çoxsaylı insanın həlak olması və xəsarət alması ilə əlaqədar dərin hüzn ifadə olunub.
Dövlət başçısı faciə ilə bağlı Türkiyə Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, eləcə də qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından başsağlığı verib, yaralananlara şəfa diləyib.
İlham Əliyev məktubunu “Allah rəhmət eləsin!” sözləri ilə tamamlayıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən






























































































