Prezident Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı ilə bağlı FƏRMAN

Prezident Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı ilə bağlı FƏRMAN

Hazırda oxunan: Prezident Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı ilə bağlı FƏRMAN
644750
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyev "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi (DERKİS) haqqında Əsasnamə"nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, fərmana əsasən, "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sisteminin sahibi funksiyalarını İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, operatoru funksiyalarını isə həmin Xidmətin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri həyata keçirir.

Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməli, İqtisadiyyat Nazirliyi DERKİS-in formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, 18 ay müddətində Əsasnamədə nəzərdə tutulan və fərman qüvvəyə minənə qədər tərtib edilmiş (verilmiş), İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların informasiya ehtiyatlarında saxlanılan sənədlərin və məlumatların DERKİS-ə daxil edilməsini təmin etməli, torpaqların elektron kadastr uçotu informasiya sistemində əks olunan məlumatların DERKİS-ə miqrasiyasını və torpaqların elektron kadastr uçotu informasiya sisteminin fəaliyyətinin dayandırılmasını təmin etməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİN) ilə birlikdə, ölkə Prezidentinin 2019-cu il 3 iyun tarixli fərmanı ilə təsdiqlənmiş "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq, DERKİS-in "Hökumət buludu"nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.

RİNN 18 ay müddətində Əsasnamədə nəzərdə tutulan və fərman qüvvəyə minənə qədər tərtib edilmiş (verilmiş) sənəd və məlumatları öz informasiya ehtiyatlarında saxlayan dövlət orqanları (qurumları) ilə birlikdə həmin sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə DERKİS-ə ötürülməsini təmin etmək məqsədilə zəruri tədbirlər görməli, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə, "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" ölkə Prezidentinin 2018-ci il 12 sentyabr tarixli fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO