Azərbaycan iqtisadiyyatına qoyulan kreditin MƏBLƏĞİ

Azərbaycan iqtisadiyyatına qoyulan kreditin MƏBLƏĞİ

Hazırda oxunan: Azərbaycan iqtisadiyyatına qoyulan kreditin MƏBLƏĞİ
644768
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu il oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 35 milyard 739,4 milyon manat təşkil edib.

Bizim.Media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 2,45 %, ilin əvvəlinə nisbətən 11,9 %, ötən il oktyabrın 1-i ilə müqayisədə 15,1 % çoxdur.

Kredit qoyuluşunun 24 milyard 885,7 milyon manatı və yaxud 69,6 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 14,75 % çoxdur.
 

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 8 milyard 799,1 milyon manat təşkil edib. Bu, illik müqayisədə 15,9 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,45 %-dən 24,6 %-ə çatıb.


Oktyabrın 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 2 milyard 54,7 milyon manat olub. Bu, illik müqayisədə 16,4 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,7 %-dən 5,8 %-ə qalxıb.

Azərbaycanda 21 bank fəaliyyət göstərir, onlardan 4-ü dövlət payına malikdir. BOKT-ların sayı isə 51-dir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO