Sürücülərin NƏZƏRİNƏ: Bu yol bağlandı

Sürücülərin NƏZƏRİNƏ: Bu yol bağlandı

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Bu yol bağlandı
644721
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeron rayonunda Hökməli-Qobu-Güzdək avtomobil yolunun 2-ci kilometrliyində təmir-bərpa işlərinə başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
 

Bildirilib ki, yolun hərəkət hissəsinin bərpası, nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə aparılan işlər təxminən 100 metr uzunluğunda ərazini əhatə edir.

 

Bununla əlaqədar yolun qeyd olunan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb. Sürücülərdən alternativ marşrut kimi 20 Yanvar küçəsi istiqamətindən istifadə etmələri xahiş olunur.

Qeyd edək ki, Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində də yol örtüyündəki problemlərin aradan qaldırılması istiqamətində təmir-bərpa işləri davam etdirilir. Həmin hissədə də nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO