
- A-
- A
- A+
Donbasda demilitarizasiya zonası yaradılacaq? – ABŞ-ın TƏKLİFİ
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Donbasda təmas xəttinin hər iki tərəfində bufer və ya demilitarizasiya zonasının yaradılmasını təklif etdiyini bildirib.
Bizim.Media xəbər verir ki, Zelenski jurnalistlərlə söhbətində bu təklifin ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibənin dayandırılmasına dair 28 bəndlik planında yer aldığını deyib.
Onun sözlərinə görə, ərazi məsələləri Ukrayna üçün “qırmızı xətt”dir və bu mövzunu yalnız müharibə aparan ölkələrin liderləri müzakirə edə bilər.
Zelenski bildirib ki, Kiyev kompromis variantı kimi demilitarizasiya zonasının yaradılmasını müzakirə etməyə hazır olub. Lakin hazırda bu məsələ üzrə irəliləyiş yoxdur.
Ukrayna prezidenti vurğulayıb ki, ərazi məsələləri ilə bağlı qərarlar yalnız müvafiq səviyyədə keçirilən görüşlərdə qəbul edilə bilər.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































